“Beşiktaş”da ciddi itki

“Beşiktaş”da ciddi itki
XƏBƏR 18 Avqust 2017 / 14:28 3151
-  A +

“Beşiktaş” Türkiyə Superliqasının 2-ci turunda bu gün “Kasımpaşa” ilə oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçusu Atiba Hatçinson zədə səbəbindən bu görüşü buraxacaq. Kanadalı yarımmüdafiəçinin məşq zamanı əzələsi dartılıb.

Onun əvəzinə meydana yeni transferin Medelin çıxacağı gözlənilir.

Daha çox


Son xəbərlər