Mbappe heyətə daxil edilmədi

Mbappe heyətə daxil edilmədi
XƏBƏR 17 Avqust 2017 / 22:20 4834
-  A +

"Monako"nun baş məşqçisi Leonardo Jardim futbolçusu Kilian Mbappeni Fransa Liqasının üçüncü turunda "Mets"lə oyun üçün heyətə daxil etməyib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Real" və PSJ ilə adı hallanan 18 yaşlı hücumçunun tam hazır olduğunu düşünmədiyi üçün bu qərarı verdiyini deyib: "Mbappeni cəzalandırmıram. Əksinə, onu qorumaq üçün heyətə daxil etmirəm. Futbolçu bütün fikrini  matça yönəldərək oynamalıdır. O, 100 faiz hazır deyil".

Qeyd edək ki, K.Mbappe ötən tur "Dijon"a qarşı matçda da iştirak etməyib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı