Viktor Valdes futboldan getdi

Viktor Valdes futboldan getdi
XƏBƏR 17 Avqust 2017 / 20:16 5431
-  A +

İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasını başa vurub.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, 35 yaşlı qolkiper "Deportivo", "Las-Palmas", "Betis", "Sportinq" klublarından təklif almasına baxmayaraq, bu qərarı verib. Onun karyerasının bitirdikdən sonra televiziya aparıcısı işləmək istədiyi bildirilib.

Qeyd edək ki, V.Valdes 2002-2014-cü illərdə "Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatının qızıl medallarını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub. İspaniya yığması ilə Avropa çempionu olan qolkiper, "Barselona”dan sonra İngiltərənin "Mançester Yunayted” və "Midlsbro”, eləcə də Belçika  "Standard”ının formasını geyinib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord