"Barselona"da ciddi itki - Suares 1 ay oynamayacaq

"Barselona"da ciddi itki -  Suares 1 ay oynamayacaq
XƏBƏR 17 Avqust 2017 / 18:00 3406
-  A +

İspaniya Superkubokunda “Real”la oyunda zədələnən “Barselona”nın futbolçusu Luis Suaresin durumu ciddidir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, dizindən zədə alan uruqvaylı hücumçu bu gün tibbi müayinədən keçib. Məlum olub ki, o, bir ay meydana çıxa bilməyəcək.

Bununla da 30 yaşlı forvard La Liqada 4 oyunu ("Betis", "Alaves", "Espanyol", "Xetafe") buraxmalı olacaq. O həmçinin, DÇ-2018-in seçmə mərhələsində Argentina və Paraqvayla oyunlarda da milli komandasına kömək edə bilməyəcək.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"