Skandinaviyalıların qənimi – Qurban Qurbanov

Skandinaviyalıların qənimi – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 17 Avqust 2017 / 15:17 10913
-  A +

“Qarabağ” bu həftə Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” komandasına 1:0 hesabı ilə qalib gəldi və bu mötəbər yarışın qrupuna düşmək üçün yaxşı şans əldə etdi.

Avqustun 23-də bu cütün taleyinə aydınlıq gələcək. “Qarabağ”, yoxsa “Kopenhagen”?

Qol.az bu yerdə xatırladır ki, Ağdam klubu Qurban Qurbanovun rəhbərliyi altında Skandinaviya ölkələrinin təmsilçilərinin qəniminə çevrilib.
 
Qeyd edək ki, Qurban Qurbanova qədər komanda iki dəfə (“Müpa-47” Finlandiya, “Kopenhagen” Danimarka) skandinaviyalılarla görüşüb və hər ikisində mərhələ adlaya bilməyib.

2009-cu ildən bu günə kimi isə “Qarabağ” 4 dəfə bu yarımadanı təmsil edən ölkələrin komandaları ilə görüşüb və hər dəfə də növbəti mərhələyə vəsiqə qazanıb.

Maraqlıdır ki, “Kopenhagen”lə oyunlar da daxil keçirilən 9 matçda Qurban Qurbanovun komandası cəmi 1 dəfə uduzub, amma yekun nəticədə mərhələ adlamağı bacarıb. 9 oyunda “Qarabağ” öz qapısından cəmi 2 qol buraxıb, 11 qol vurub.

Qurban Qurbanovun rəhbərliyi dövründə “Qarabağ”la Skandinaviya ölkələri təmsilçilərinin oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

2009/2010 – Avroliqa.

Birinci təsnifat mərhələsi

“Qarabağ” – “Rusenborq” (Norveç) – 1:0, 0:0

İkinci təsnifat mərhələsi

“Qarabağ” - “Honka” (Finlandiya) – 2:1, 1:0


2013/14. Avroliqa.

Üçüncü təsnifat mərhələsi 

“Qarabağ” - “Gefle” (İsveç) – 1:0, 2:0

2016/17. Avroliqa

Pley-off  mərhələsi

“Göteborq” (İsveç) – 0:1, 3:0

2017/18. Çemponlar Liqası

Pley-off  mərhələsi

“Qarabağ” – Kopenhagen (Danimarka) – 1:0

“Kopenhagen” – “Qarabağ” - ???

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı