Vaqif Cavadovun komanda yoldaşı dünyanın ən yaxşı futbolçusu seçildi

XƏBƏR 30 Mart 2010 / 16:58 1782
-  A +

Həmyerlimiz Vaqif Cavadovla birgə Hollandiyanın “Tvente” klubunun şərəfini qoruyan Brayan Ruis dünyada ötən həftənin ən yaxşı futbolçusu seçilib. Qol.Az-ın məlumatına görə, goal.com saytı Enshede təmsilçisinin üzvünü ən yaxşı sayıb. Ruis Hollandiya çempionatının son turu çərçivəsində “Sparta” ilə oyunda 4 dəqiqəyə het-trik etməklə, çoxlarını təəccübləndirib.

Qeyd edək ki, Brayan ötən yay “Tvente”nin heyətində Avroliqanın son təsnifat mərhələsi çərçivəsində Cavadovun çıxış etdiyi “Qarabağ”la ev oyununda vurduğu qolla qələbədə (3:1) pay sahibi olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi