“Real” bizdən güclüdür” - Pikedən gözlənilməz açıqlama

“Real” bizdən güclüdür” - Pikedən gözlənilməz açıqlama
XƏBƏR 17 Avqust 2017 / 14:14 6153
-  A +

“Bu məğlubiyyətlə barışmalıyıq. “Barselona”nın ən yaxşı vaxtlarını keçirdiyini deyə bilmərik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Jerar Pike İspaniya Superkubokunun cavab qarşılaşmasında “Real”a məğlub olduqları oyundan(0:2) sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı müdafiəçi “Real”ın daha güclü olduğunu etiraf edib: “Real”ın bizdən daha yaxşı olduğunu qəbul etməliyik. “Barselona”da oynadığım 9 il müddətində ilk dəfə “Real” qarşısında özümü gücsüz hiss etdim”.


Son xəbərlər