"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi

"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" -  "Kopenhagen" rəsmisi
XƏBƏR 17 Avqust 2017 / 13:30 5370
-  A +

“Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim “Qarabağ”ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kopenhagen”in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib.

Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən “Kopenhagen” Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir.

"Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik" – deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bu komanda ilə avqustun 23-də  səfərdə qarşılaşacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki