Qurban Qurbanov: «Elnur Allahverdiyev «Qarabağ»dan qazandığı pulun qarşılığını ödəməlidir»

Qurban Qurbanov: «Elnur Allahverdiyev «Qarabağ»dan qazandığı pulun qarşılığını ödəməlidir»
ÖLKƏ FUTBOLU 30 Mart 2010 / 14:51 2496
-  A +

«Qəbələ» ilə oyunda intizamsızlıq səbəbindən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov tərəfindən məşqlərdən uzaqlaşdırılan Elnur Allahverdiyev hər kəsdən üzr istəyib və klub rəhbərliyinin də üzrxahlığı qəbul etməsi nəticəsində müdafiəçi yenidən məşqlərə qoşulub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanov bildirib ki, Elnur heç də xoş olmayan hərəkət etmişdi: «Amma sonradan səhvini başa düşdü.  Problemlərinin olduğunu dedi və hər kəsdən üzr istədi. Futbolçular da Elnurun komandaya qayıtması üçün xahiş etdilər. Belə də, Elnur mövsümün sonuna qədər komandada qalacaq. Elnurun milli üzvü olmasını da nəzərə aldıq. Onun milliyə fayda verməsi üçün formada qalması lazımdır. Belə məqamda Elnurun milli karyerasına zərbə dəyə bilərdi. Təbii ki, hər kəsin statusu eynidi. Elnurun məşqlərə qoşulması o demək deyil ki, o, mütləq start heyətində meydana çıxacaq. Ən azı daha artıq çalışıb, fomrasını bərpa etməlidi. Müdafiəçi klubdan pul qazanır və bunun qarşılığını ödəməlidir. Mövsümün sonuna kimi Elnur bizimlə qalacaq. Sonrasını mövsüm başa çatdıqdan sonra danışarıq».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı