"Qəbələ" "Qalatasaray"la yoxlama oyunu keçirə bilər

"Qəbələ" "Qalatasaray"la yoxlama oyunu keçirə bilər
ÖLKƏ FUTBOLU 17 Avqust 2017 / 10:30 3271
-  A +

"Qəbələ" "Qalatasaray"la yoxlama oyunu keçirə bilər.

Qol.az-ın "Sabah" qəzetinə istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında danışıqlara başlanılıb. Matçın sentyabrın 2-i və ya 3-ü keçirilməsi planlaşdırılır.

"Qalatasaray" bu yoldaşlıq görüşündə yeni transfer Sofian Fequlini oynatmağı düşünür. İngiltərə "Vest Hem"indən transfer olunan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Superliqasının 4-cü turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.

Qeyd edək ki, yoxlama görüşünün harada keçirilməsinin planlaşdırıldığı barədə məlumat verilməyib.

Daha çox


Son xəbərlər