"Kopenhagen" Maksimi UEFA-ya şikayət etdi

"Kopenhagen" Maksimi UEFA-ya şikayət etdi
ÖLKƏ FUTBOLU 17 Avqust 2017 / 00:40 7935
-  A +

"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la qarşılaşdığı oyunla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

Qol.az-ın paytaxt klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Danimarka təmsilçisi "Qarabağ"ın kapitanı Maksim Medvedyevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir.

Görüşün baş hakiminin epizoda reaksiya verməməsi “Kopenhagen”in narazılığına səbəb olub. Onlar Medvedevə həmin epizodda qırmızı vərəqə göstərilməli olduğunu bildirir.

Qeyd edək ki, ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” bu komanda ilə avqustun 23-də Danimarkada cavab matçına çıxacaq.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"