"Kəpəz"li futbolçunun qabırğası zədələnib

"Kəpəz"li futbolçunun qabırğası zədələnib
XƏBƏR 16 Avqust 2017 / 22:00 1943
-  A +

Topaz Premyer Liqasının ilk turunda “Sumqayıt” ilə görüşdə (1:2) zədələnən “Kəpəz”in futbolçusu Novruz Məmmədovun son durumu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı müdafiəçinin qabırğaüstü əzələsi əzəlib. Bu zədənin tez bərpa olunacağı bildirilib. Hazırda özünü yaxşı hiss edən N.Məmmədov əvvəlcə fərdi məşqlərlə başlayacaq, sonradan isə komanda ilə ümumi məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, N.Məmmədov görüşün 74-cü dəqiqəsində rəqib futbolçu ilə mübarizədə zədələnib və oyunu sona kimi davam etdirə bilməyib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı