«Xəzər Lənkəran» sual edir: Vəli Qasımovun hakimlər otağında nə işi var idi?

XƏBƏR 30 Mart 2010 / 13:42 2107
-  A +

"Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov «Neftçi»ilə qalmaqallı oyundan əvvəl yaşanan bir maraqlı olay haqda məlumat verib. Qol.Az-ın məlumatına görə, T.Nadirov qarşılaşmadan öncə Azərbaycanın veteran futbolçusu Vəli Qasımovun hakimlərin otağına daxil olduğunu və onlarla təxminən 15 dəqiqə ərzində məxfi söhbət apardığını bildirib: «Vəli Qasımov əvvəl «Neftçi»də çalışırdı. Mənə maraqlıdır, bu gün AFFA-da seleksiya işi ilə məşğul olan bir adamın hakimlərin otağında nə işi var idi? O, hakimlərlə söhbət edəndə qapını bağlayıblar və heç kimi ora buraxmayıblar».


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"