"Qarabağ"la cavab oyununda daha güclü olacağıq"

"Qarabağ"la cavab oyununda daha güclü olacağıq"
GÜNDƏM 16 Avqust 2017 / 10:49 5184
-  A +

"Qarabağ" demək olar ki, gözlədiyimiz kimi oynadı. Görüşün birinci hissəsində çox az sayda qol imkanı yaratdılar. Bunlar da əsasən, əks-hücumlar idi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kopenhagen"inin futbolçusu Uroş Matiç Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan  sonra Danimarka mətbuatına deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk oyun hələ mübarizənin birinci mərhələsi idi: "Qarşıda daha 90 dəqiqə var. Biz ev oyunumuzda azarkeş dəstəyi sayəsində daha güclü olacağıq. Ötən mərhələdə "Vardar"a da səfərdə eyni hesabla uduzduğumuz oyunu evdə öz xeyrimizə dəyişmişdik. Çempionlar Liqasının qrup mərhələsinə son addımı atmaq üçün döyüşə 100 faiz hazır olmalıyıq".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın