"Nəticədən məmnun deyilik" - "Kopenhagen"in kapitanı

"Nəticədən məmnun deyilik" - "Kopenhagen"in kapitanı
ÖLKƏ FUTBOLU 16 Avqust 2017 / 10:00 6061
-  A +

"Qrup mərhələsinə yüksəlmək şansımız 50-50-dir. 0:1 hesabı ilə uduzmaqdan məmnun deyilik. Ən azı bir qol vurmaq istəyirdik. Rəqib az imkan yaratdığı halda qol vurdu, biz isə kifayət qədər qol epizodu yarada bilmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kopenhagen"in kapitanı Uilyam Kvist  Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra Danimarkanın  TV3+ telekanalına deyib.

O, görüşün çətin keçdiyini bildirib: "Bu çətin səfər oyunu idi."Qarabağ" evində böyük təcrübəyə malikdir və xüsusən, rəqibin əks-hücumlarından ehtiyatlanmalı idik. Əvvəlcədən dediyimiz baş verdi. Oyunun nəticəsi də bunu göstərir".

32 yaşlı yarımmüdafiəçi xüsusən ikinci hissədə oyunlarının alınmadığını bildirib: "Matçın sonlarında istədiyimiz kimi təzyiq edə bilmədik. Bunun isti hava şəraiti üzündən olduğunu deyə bilmərəm".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı