“Layiqli qələbə qazandıq” - Gerrye

“Layiqli qələbə qazandıq” -  Gerrye
ÖLKƏ FUTBOLU 16 Avqust 2017 / 00:17 5876
-  A +

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen"i 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın üzvü  Donald Gerrye oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə minimal hesablı qələbəni şərh edib: 

 - Böyük oyunda qalib gəldik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Qarşıda cavab oyunu var və həmin matça ciddi hazırlaşmalıyıq.

- Danimarkada və ya Skandinaviya klublarına qarşı oynamısan?

- Onu xatırlayıram ki, “Malmö”yə qarşı oynamışam. Ancaq onlar bizi mübarizədən kənarlaşdırmışdı. Həmin oyun uğursuz olmuşdu.

- Oyun ərzində çox vaxt xəsislik edirsən və ötürmə etmirsən. Bunun səbəbi nədir?

- Bunun xüsusi səbəbi yoxdur. Epizodlardan asılıdır. Bəzən ötürmə verirəm, bəzən isə qapıya zərbə endirirəm. Hər şey oyunun gedişinə görə baş verir.

- Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkərək hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərgin an yaşadın...

- Futbolda baş verən normal hadisələrdir. Mən bunları normal qarşılayıram. Çalışıram ki, rəqibin təxribatına uymayım. Mən bura böyük uğurlar üçün gəlmişəm.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı