Arda Turan "Qalatasaray"da - "CNN Türk"-dən iddia

Arda Turan "Qalatasaray"da - "CNN Türk"-dən iddia
DÜNYA FUTBOLU 15 Avqust 2017 / 14:36 6197
-  A +

"Qalatasaray"ın "Barselona"nın futbolçusu Arda Turanı bir mövsümlük icarəyə götürüb.

Qol.az-ın xəbərinə görə, bu barədə "CNN Türk" məlumat yayıb. İki klub arasında bununla bağlı danışıqlar müsbət nəticələnib.

Türk yarımmüdafiəçinin İstanbul klubunda bir mövsüm üçün 5 milyon avro maaş alacağı bildirilib. Bu məbləğin 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək.

 Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı