Millimizin məşqçisi: «Bu turnir komandamız üçün faydalı olacaq»

Millimizin məşqçisi: «Bu turnir komandamız üçün faydalı olacaq»
XƏBƏR 30 Mart 2010 / 13:01 1661
-  A +

Hazırda İtaliyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Oliver Pelzerin müsahibəsi


- Rəhbərlik etdiyiniz komanda Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunmuş 18-ci ənənəvi turnirdə iştirak edəcək. Rəqiblər barədə nə deyə bilərsiniz?
- Turnirdə 9 komanda mübarizə aparacaq. İştirakçıların əksəriyyəti İtaliya klublarıdır. Yalnız «Den Haaq»” Hollandiyanı təmsil edir. Əlbəttə ki, əsas rəqibimiz kimi paytaxt klubları olan «Roma»” və «Latsio»”dur. Bildiyiniz kimi, «Roma» ilə eyni qrupda yer almışıq. İlk oyunumuzu isə sabah «Ternana» klubuna qarşı keçirəcəyik. Turnirin təcrübə baxımından həm futbolçular, həm də məşqçi heyəti üçün faydalı olacağını düşünürəm. Keçirdiyimiz təlim-məşq toplanışı heyətə yeni cəlb olunan futbolçular üçün də mühüm əhəmiyyət kəsb edir.
- Heyətlə bağlı hər hansı bir probleminiz varmı?
- İki futbolçumuzun yüngül zədəsi var. Ümid edirəm ki, onlar «Ternana» ilə oyuna qədər sağalacaqlar.
- Təşkilatçılıqdan razısınızmı?
- Bəli. Bizim üçün burada hər bir şərait yaradılıb.
- Turnirdə hansı nəticəni əldə edəcəyinizi düşünürsünüz?
- Əlbəttə ki, komandamı turnirin qalibi görmək istərdim. Amma sözün açığı, biz buraya təlim-məşq toplanışı keçirmək üçün gəlmişik. İtaliyada komandanı komplektləşdirməyə çalışacağıq. Bu səbəbdən bir çox dəyişikliklər etməyi düşünürük. Belədə, təbii ki, turnirə tam köklənmək çətin olur. Əsas məqsədimiz oktyabrda Portuqaliyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır.
- U-17-nin heyətinin müəyyənləşdirilməsi ilə bağlı seleksiya işləri nə zamana qədər davam edəcək?
- Biz hələ ki seçim dövrünü başa vurmamışıq. Azərbaycana qayıtdıqdan sonra da seleksiya işlərini davam etdiriləcəyik. Hələ konkret olaraq heç nə hazır deyil. Amma seçmə mərhələyə qədər komandanı tam şəkildə formalaşdıra biləcəyimizi düşünürəm.

Mənbə: affa.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi