Bakka İspaniyaya qayıdır

Bakka İspaniyaya qayıdır
XƏBƏR 15 Avqust 2017 / 01:27 3547
-  A +

“Milan”ın hücumçusu Karlos Bakka karyerasını yenidən İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, kolumbiyalı forvard “Vilyareal”la anlaşmaq üzrədir. Belə ki, İspaniya klubu Bakkanı gələcəkdə birdəfəlik transfer hüququna yiyələnmək şərti ilə icarəyə götürür.
 
Qeyd edək ki, 30 yaşlı forvard 2 il əvvəl “Milan”a “Sevilya”dan transfer olunub. Geridə qalan müddətdə Bakka “A” seriyasında 70 oyuna çıxıb və 31 qol vurub.


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı