Vaqif Cavadov iki həftə sonra yaşıl meydanlara qayıdır

XƏBƏR 30 Mart 2010 / 10:45 1864
-  A +

Azərbaycan millisinin və Hollandiyanın "Tvente" klubunun hücumçusu Vaqif Cavadovun zədəsi sağalır. Qol.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu zədədən sonra bərpa prosesinin son mərhələsini keçir. Hazırda özünü yaxşı hiss edən Cavadov 2 həftədən sonra oynamağa tam hazır olacaq.

Xatırladaq ki, Cavadov "Tvente" ilə cari ilin əvvəlində 3,5 illik müqavilə imzalayıb. Dizindən əməliyyat olduğuna görə, yeni klubunda rəsmi debüt etməyib.

Hollandiya çempionatının sonuna 5 tur qalıb. Hazırda "Tvente" 74 xalla turnir cədvəlinə başçılıq edir. Enshede təmsilçisi ən yaxın izləyicisi "Ayaks"ı 4 xal qabaqlayır.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı