"Real" apellyasiya şikayəti verəcək - Ronaldoya görə

"Real" apellyasiya şikayəti verəcək - Ronaldoya görə
XƏBƏR 14 Avqust 2017 / 22:23 4228
-  A +

"Real" yaxın 10 gün ərzində Kriştiano Ronaldoya verilən 5 oyunluq cəzaya etiraz etmək üçün apellyasiya şikayəti verəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" qəzeti məlumat yayıb.

Qeyd edək ki, Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb.  Ronaldoya cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib. Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.


Son xəbərlər