Ronaldoya ağır cəza

Ronaldoya ağır cəza
GÜNDƏM 14 Avqust 2017 / 17:58 8277
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldoya 5 oyunluq cəza verilib.

Qol.az-ın İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, dünən “Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb.
Ronaldoya cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib.

Bu cəza təkcə superkubok oyununa yox, həm də İspaniya çempionatının oyunlarına da şamil olacaq.

Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı