“Ansi Aqolli ilə məsləhətləşdim” – Rauf Əliyev

“Ansi Aqolli ilə məsləhətləşdim” –  Rauf Əliyev
ÖLKƏ FUTBOLU 14 Avqust 2017 / 17:32 7127
-  A +

“Karyeram ərzində yalnız Azərbaycanda oynamışam. Bu, mənim üçün ilk legioner həyatıdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri “İnter”dən ayrılaraq “Kukesi”yə transfer olunan Rauf Əiyev Albaniya mətbuatına açıqlamasında deyib.

Yeni klubuna keçidi haqda danışan millimizin üzvü düzgün seçim etdiyini bildirib:“Bilirəm ki, “Kukesi” Albaniya çempionatında və avrokuboklarda yaxşı çıxış edir. Düşünürəm ki, doğru seçim etmişəm”.

R.Əliyev Albaniya futboluna bələd olduğunu bildirib:“İnter”in heyətində Avroliqa oyununda Albaniyanın “Laçi” klubuna qarşı oynamışam. Bundan başqa, yığmamızın heyətində Albaniya millisinə qarşı iki oyunda iştirak etmişəm. Albaniya və Azərbaycan futbolunun səviyyə fərqinə gəldikdə isə düşünürəm ki, sizdə milli komanda biz də isə klublar güclüdür”.

R.Əliyev "Kukesi"yə keçərkən  sabiq komanda yoldaşı – “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqollidən məsləhət aldığını da əlavə edib: “Bura gəlməzdən əvvəl Ansi Aqolli ilə məsləhətləşdim. O, mənə müsbət fikirlər söylədi. Bu təklifi qəbul etməyimə əminlik yaratdı. “Kukesi” ilə böyük uğurlar qazanmaq istəyirəm. Hədəfim komandamla birgə avrokuboklara vəsiqə qazanmaqdır”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın