Rauf Əliyev rəsmən Albaniya klubunda

Rauf Əliyev rəsmən Albaniya klubunda
ÖLKƏ FUTBOLU 14 Avqust 2017 / 16:45 6195
-  A +

Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna keçidi rəsmiləşib.

Bu barədə Qol.az-a millimizin üzvü özü məlumat verib. Onunla bir illik müqavilə imzalanıb. Son ölkə çempionu  Raufla yanaşı yarımmüdafiəçi Ardit Pepoşinin də təqdimat mərasimini bu gün keçirib.

Qeyd edək ki, “İnter” rəhbərliyi Raufun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu və bu transferin baş tutmayacağını bildirirdi.

Əlavə edək ki, "Qarabağ"ın yetirməsi olan R.Əliyev "Bakı" və "Neftçi"də də çıxış edib. O, ilk dəfə legioner həyatı yaşayacaq.

Daha çox


Son xəbərlər