Ronaldo 12 oyunluq cəzalandırıla bilər

Ronaldo 12 oyunluq cəzalandırıla bilər
GÜNDƏM 14 Avqust 2017 / 11:08 7976
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo ağır cəzalandıra bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun İspaniya superkubokunda "Barselona"ya qarşı ilk matçda baş hakim Rikardo de Burqosu Benqonçeanı itələməsidir.  Referi oyundan sonra protokolda qırmızı vərəqəyə etiraz edən K.Ronaldunun onu itələməsini qeyd edib.

İspaniya Futbol Federasiyasının reqlamentinə əsasən, bu cür hərəkətə yol verən futbolçu 4-dən 12 oyuna qədər cəzalana bilər. Əgər Ronaldo 4 oyunluq cəzalandırılsa, bu, yalnız İspaniya Superkuboku görüşlərində qüvvədə olacaq. O, 5 və daha artıq matçlıq cəzalandırılacağı  təqdirdə isə bu, La Liqada keçirilən oyunlara da şamil ediləcək.

Qeyd edək ki, K. Ronaldo "Real"ın 3:1 hesabı ilə qalib görüşün 80-ci dəqiqədə vurduğu qolu qeyd edən zaman formasını çıxardığı üçün ilk sarı vərəqəsini alıb. İki dəqiqə sonra isə hakim 32 yaşlı hücumçunun simulyasiya etdiyini hesab edərək ona ikinci sarı vərəqə göstərərək meydandan qovub.



Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord