"Qadze üzr istədi" - Ayxan Abbasov

"Qadze üzr istədi" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 13 Avqust 2017 / 21:52 3662
-  A +

"Birinci oyun həmişə çətin keçir. Bugünkü oyuna da futbolçuları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdir. Planlaşdırdığımız kimi oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 1-ci turunda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, komandanın müdafiə xəttinin zəif oyunundan narahat olduğunu vurğulayıb: " Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm".

A.Abbasiv penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasında anlaşılmazlığı belə şərh edib: "Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu".

A.Abbasov Qabriel Mateyin zədəsinin son durumu barədə məlumat verib: "Bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord