"Çalışacam, növbəti oyunlarda aqressiv olmayım" - Samir Əliyev

"Çalışacam, növbəti oyunlarda aqressiv olmayım" - Samir Əliyev
ÖLKƏ FUTBOLU 13 Avqust 2017 / 21:27 3464
-  A +

“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 1-ci turunda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

- Komanda sıfırdan yığılıb. Bu gün bir ay oldu ki, bir yerdəyik. Avroliqada oynamış komandaya qarşı çıxış etdik. Qorxurduq ki, ilk 10-15 dəqiqədə qol buraxaq. Qorxduğumuz başımıza gəldi. Sonradan toparlanaraq, bir neçə qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik.

- Müdafiədə boşluqlar var idi. Bu boşluqları doldurmaq üçün yeni oyunçular alına bilər?

- Boşluqların olması normaldır. Çünki yeni komandadır. Həm də müdafiədəki oyunçuların çoxunun 20-21 yaşı var. Hazırda heyətdə 25-26 futbolçu var.

- Bu gün bir az aqressiv görünürdünüz. Əvvəllər “Neftçi”də çalışanda belə deyildiniz.

- Düzdür, bir az aqressiv idim. Çalışacam gələn oyunlarda belə olmasın. Əlimizdən gələni edəcəyik ki, heyətdə olan futbolçulardan maksimum istifadə edək.

- “Səbail”in məqsədi nədir?

- Bu mövsüm əsas məqsədimiz yüksək liqada yerimizi qorumaqdır. Növbəti mövsümdən sonra isə yüksək yerlər uğrunda mübarizə aparmaq. Bu il də mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər.

Mənbə: futbol11.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı