«Qalatasaray»ın baş məşqçisi azərbaycanlı futbolçuya lağ elədi

«Qalatasaray»ın baş məşqçisi azərbaycanlı futbolçuya lağ elədi
DÜNYA FUTBOLU 29 Mart 2010 / 20:45 2837
-  A +

İstanbulun «Qalatasaray» klubunun baş məşqçisi Frank Raykaard komandasının əslən azərbaycanlı olan futbolçusu Sərvət Çətin haqda tənqidi fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, «Fənərbaxça»ya dünən derbi matçında 0:1 hesabı ilə uduzan «Qalatasaray»ın müdafiçiəçisi Sərvətin «yaxşı mübarizə apara bilmədik» sözlərinə Raykaard əsəbiləşib. «Bir derbidən sonra futbolçumuzun belə fikir səsləndirməsi təəssüf doğurur. Bunu deyənlər öncə bir öz oyunlarına baxsınlar, sonra komandanı tənqid etsinlər. Beyinlərini işlədib futbolçu kimi öz səviyyələrini ortaya qoysunlar» - deyə Raykaard bildirib.


Son xəbərlər