“Tofiq Bəhramov”da elektron reklam lövhələri quraşdırılır

“Tofiq Bəhramov”da elektron reklam lövhələri quraşdırılır
GÜNDƏM 13 Avqust 2017 / 14:40 7824
-  A +

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” oyununa texniki işlər sabah günün birinci yarısına qədər yekunlaşacaq.

Bu haqda Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, UEFA-nın tələbinə əsasən, meydançanın kənarında bilbordlar – elektron reklam lövhələri quraşdırılacaq: “Bu, pley-off matçı olduğu üçün bilbordların olması vacibdir”.


Nurlan İbrahimov

Klub rəsmisi həmçinin stadionda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən “Goal line” sisteminin quraşdırılmasının yekunlaşmaq üzrə olduğunu söyləyib: “Bu gün gecə də texniki işlər aparılacaq. Sabah günün birinci yarısına kimi bu işlərin tam yekunlaşacağı gözlənilir”.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər