Ramin Musayev: «Bir daha deyirəm, hakimin heç bir səhvi olmayıb!»

Ramin Musayev: «Bir daha deyirəm, hakimin heç bir səhvi olmayıb!»
ÖLKƏ FUTBOLU 29 Mart 2010 / 20:11 2389
-  A +

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bir daha bəyan edib ki, "Xəzər Lənkəran" - "Neftçi" futbol klubları arasında keçirilən oyunu idarə edən hakimlər briqadası ciddi səhvlərə yol verməyiblər. "Oyunun videoçəkilişində iki oyun epizodu ilə bağlı görüntülər var və həmin epizodlara görə heç kəs deyə bilməz ki, hakim səhv qərar qəbul edib", - deyə Ramin Musayev bildirib.
Martın 27-də "Unibank" premyer liqasının XXV turunda Lənkəranda "Xəzər Lənkəran" Bakının "Neftçi" klubu ilə qarşılaşıb. "Xəzər Lənkəran" komandasının rəhbərliyi və bəzi futbol mütəxəssislərinin fikrincə, FİFA referisi Əfqan Həmzəyev də daxil olmaqla, hakimlər briqadası oyunda "Neftçi"nin xeyrinə olan bir neçə şübhəli qərar verib, nəticədə oyun qolsuz - heç-heçə başa çatıb.
"Xəzər Lənkəran" klubunun azarkeşləri və bəzi futbol mütəxəssisləri bu oyundan sonra PFL-i də seyrçi mövqe tutmaqda qınayıb.
R.Musayevin sözlərinə görə, həmin oyunla bağlı irəli sürülən ittihamların heç bir əsası yoxdur: "Bunların hamısı sifarişli iddialardır. Həyatda elə bir insan yoxdur ki, səhvə yol verməsin. Türkiyə çempionatında keçirilən "Qalatasaray" - "Fənərbaxça" oyununda səhv olmadımı? Elə bir oyun varmı ki, hakimin səhvi olmasın? Söhbət qərəzdən gedir. Bir daha deyirəm, "Xəzər Lənkəran" - "Neftçi" oyununda haqqında söhbət gedən iki epizodla bağlı hakimin heç bir səhvi olmayıb!".
Mənbə: trend.az

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı