"Belə oyunumuzla çempionluq görünmür" – Cavid Hüseynov

"Belə oyunumuzla çempionluq görünmür" – Cavid Hüseynov
ÖLKƏ FUTBOLU 13 Avqust 2017 / 11:02 3388
-  A +

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqaısnın ilk turunda "İnter"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunlar oyundan sonra müsahibə verib.

Qol. az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Çempionatın ilk oyunudur və startda bir az ağır olur. Bilirdik ki, çətin keçəcək. İlk hissənin ortasınadək 2 qol vurduq və sonra rahatlaşdıq. Düzdür, ikinci hissədə topu yaxşı saxladıq, ancaq üstünlüyümüzü əldən verdik. Nəticədə rəqib 1 qol vurdu. İkincini də vurmaq istədilər, ancaq alınmadı. Nəticədə qlaib gəldik.

- "Qəbələ"də penaltini adətən sən vursan da, bu dəfə belə olmadı...

- Burda qeyri-adi bir şey yoxdur. İndiyədək mən vurmuşam. Filip Ozobiç dedi ki, penaltini mən vurmaq istəyirəm. Dedi ki, vurum, vurum... Mən də dedim ki, vur da.

- Bu hərəkətinə görə komanda yoldaşından küsdün?

- Yox, sadəcə, sonra özü gəldi ki, belə-belə...

- Etdiyi xətrinə dəydi?

- Yox, niyə dəyir ki? Üzr istəyir. Nəsə...

- Bu mövsüm çempionluq şanslarını necə dəyərləndirərdin?

- Çətin, çox çətin olacaq. Belə oyunumuzla çempionluq görünmür.

- Deməli, komandanın oyunundan narazı qalmısan?

 - Əlbəttə, belə oyunla kim razı olar ki? İstər öz, istərsə də komanda oyunundan razı deyiləm.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı