“Kopenhagen” Bakıya heç-heçə ilə gəlir

“Kopenhagen” Bakıya  heç-heçə ilə gəlir
XƏBƏR 13 Avqust 2017 / 00:00 4076
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” Danimarka çempionatında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi beşinci tur çərçivəsində öz meydanında “Horsens”i qəbul edib.

İlk hissədə qapısında qol görən “Kopenhagen” 77-ci dəqiqədə Santanderin vurduğu qolla yenilgidən qaçıb - 1:1.

Qeyd edək ki, 5 oyundan sonra 6 xalla 7-ci pillədə qərarlaşan “Qarabağ”ın rəqibi növbəti oyununu avqustun 15-də Bakıda çempionumuza qarşı keçirəcək.

 


Son xəbərlər