“Raufun hərəkəti insanlığa sığmır” – Zaur Axundov

“Raufun hərəkəti insanlığa sığmır” –  Zaur Axundov
ÖLKƏ FUTBOLU 12 Avqust 2017 / 22:24 7349
-  A +

"Komandadan razı qaldım. İtkilərə baxmayaraq əla oynadıq. Bərabərlik qolu üçün də şanslarımız var idi. Bizim problemlərimiz var. Amma uşaqlar əllərindən gələni etdilər. Hamısına təşəkkür edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Topaz Premyer Liqanın ilk turunda “Qəbələ” ilə keçirilən oyundan (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Axundov komandanın hücumçusu Rauf Əliyevin Albaniyanın "Kukesi" klubuna transferindən də danışıb: "Rauf insanlığa sığmayan hərəkət etdi. O, komandada qalmalı idi. Çünki Raufun 2018-ci il iyunun 30-na qədər bizimlə müqaviləsi var. Niyə Albaniyaya çıxıb gedib bilmirəm. Uşaq kimi hərəkət edir. Biz Albaniya klubuna onum qüvvədə olan müqaviləsini də göndərdik. FİFA qaydalarını bilirlər. Kimsə onunla müqavilə imzalamaz" (Sport24.az).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord