“Qarabağ”ın futbolçusu öz oyunlarına bilet aldı – Şəkil

“Qarabağ”ın futbolçusu öz oyunlarına bilet aldı – Şəkil
XƏBƏR 12 Avqust 2017 / 16:27 8346
-  A +

“Qarabağ”ın futbolçusu Qara Qarayev komandasının Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyuna özü pul verib bilet alıb.

Qol.az-ın xəbərinə görə, bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Qaranın biletləri yaxınları və doğmaları üçün aldığı bildirilir.

Qeyd edək ki, bu gün “Qarabağ” – “Kopenhagen” matçının biletləri satışa çıxarılıb. Oyuna maraq çox olduğundan Tofiq Bəhramov adına Respublika stadionunun kassaların uzun növbələr yaranıb.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” görüşü avqustun 15-də keçiriləcək.

Daha çox


Son xəbərlər