"Xəzər Lənkəran" - "Neftçi" matçında rekord

"Xəzər Lənkəran" - "Neftçi" matçında rekord
XƏBƏR 29 Mart 2010 / 17:40 2222
-  A +

Premyer Liqanın XXV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyununu 14 min azarkeş izləyib. Qol.Az-ın Lənkəran təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu 2009/10 mövsümünün mütləq rekordudur.
Maraqlıdır ki, indiyəqədərki rekord da bu komandaların Lənkərandakı görüşündə qeydə alınmışdı. Ötən il noyabrın 8-də Lənkəranda baş tutan və bu dəfəki kimi qolsuz bitən “Böyük oyunu” 12 min azarkeş izləmişdi. Beş rəqəmlə ifadə olunan (yəni 9999-dan çox) tamaşaçı sayının qeydə alındığı üçüncü – sonuncu qarşılaşma da Lənkəran şəhər stadionunda baş tutub. Ötən il avqustun 21-də baş tutmuş “İnter” üzərindəki 1:0 hesablı qələbəni isə 10500 nəfər izləyib.
Mövsümün ən çox izlənilən üç matçı “Xəzər-Lənkəran”ın ev oyunu olub. Bu bir daha göstərir ki, “Xəzər-Lənkəran” ölkənin ən populyar klubudur.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi