“Rövnəq Abdullayevin Lənkəranda baş verənlərə münasibəti çox sərtdir”

“Rövnəq Abdullayevin Lənkəranda baş verənlərə münasibəti çox sərtdir”
ÖLKƏ FUTBOLU 29 Mart 2010 / 15:22 2379
-  A +

AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun müsahibəsi

- “Xəzər-Lənkəran” – “Neftçi” matçında baş verənlərə münasibətinizi bilmək istərdik...

- Mən martın 27-də keçirilmiş oyun barədə yalnız mətbuat vasitəsilə xəbər tutmuşam. Bilirəm ki, çox xoşagəlməz insidentlər olub. Yəqin ki, AFFA məsələyə biganə qalmayacaq. Yığışıb baxılacaq. Həm meydançada, həm də meydançadan kənarda olanlar çox ciddi məsələlərdir. AFFA-nın müvafiq komitələri səviyyəsində baş verənlərə münasibət bildiriləcək. Mütləq qərarlar olacaq. Ehtiyac olsa, İcraiyyə Komitəsi səviyyəsində də yığışa bilərik.

- Yəni, stadionlarda baş verən belə xoşagəlməz olaylarla bağlı AFFA İcraiyyə Komitəsinin növbədənkənar iclasının keçirilməsinə lüzum var?

- Fikrimcə, bu mümkündür. İcraiyyə Komitəsi əyani formada da yığışa bilər. Bəzən fövqəladə hallarda, bütün üzvlər Bakıda olmayanda, hamısını əvvəlcədən xəbərdar etmək imkanı olmayanda reqlament üzrə şifahi sorğular da keçirilir. Məncə, yığışmağa ehtiyac olacaq. Çox güman ki, AFFA-nın baş katibi Elxan Məmmədov federasiya prezidenti ilə məsləhətləşmələr aparıb, bizim də fikrimizi öyrənəcək.

- Baş verənlərdə günahkar tərəf qismində kimi görürsünüz?

- Gəlin, hələ məndən isti-isti qiymətləndirmə tələb etməyin. Yəqin ki, hər tərəfin bir balaca günahı var. Əsas günah isə yerli stadionda təhlükəsizliyi təmin edə bilməyənlərdədir. Ola bilsin, hakimin də səhvi olub. Bu, araşdırılacaq. Hakim oyunun idarəçiliyini əlindən çıxarıb, təhlükəsizlik üzrə ciddi nöqsanlar var. Bu nöqsanlar təkcə Lənkəran stadionuna aid deyil. Stadionlarda belə iğtişaşların baş vermə səbəblərini araşdırmaq, təkrarlanmamasına çalışmaq lazımdır.

- “Xəzər-Lənkəran” azarkeşləri hakimliklə bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət edib...

- Həmin şikayətin məzmunundan xəbərim yoxdur. Bilirəm ki, Rövnəq müəllim bu məsələyə qarşı çox sərtdir. Onun sərt mövqeyi bu günlərdə mütləq nümayiş olunacaq. Obyektiv və sərt! Buna tam əmin ola bilərsiniz.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı