Neymara yaşıl işıq – bu həftə debüt edə bilər

Neymara yaşıl işıq –  bu həftə debüt edə bilər
XƏBƏR 11 Avqust 2017 / 16:00 3348
-  A +

PSJ-nin yeni transferi Neymar bu həftə Paris klubunda debüt edə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə xəbəri Fransa Futbol Federasiyası yayıb.

Artıq braziliyalı hücumçunun transferi ilə bağlı beynəlxalq sertifikat Fransa Futbol Liqasına  təqdim olunub. Bu səbəbdən onun meydana çıxması üçün heç bir problem qalmayıb.

Daha əvvəl isə Fransa mətbuatı Neymarın sənədlərinin gecikdiyini və buna görə də onun ilk turda olduğu kimi növbəti oyunda da iştirak edə bilməyəcəyini yazmışdı.

Qeyd edək ki, PSJ avqustun 13-də “Qenqam”ı qəbul edəcək.

Son xəbərlər