“Doğrudan mən “Spasibo” dedim?” – Ramil Quliyev

“Doğrudan mən “Spasibo” dedim?” – Ramil Quliyev
GÜNDƏM 11 Avqust 2017 / 14:00 7993
-  A +

200 metr məsafə qaçış üzrə yeni dünya çempionu, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev qazandığı tarixi uğurla bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, o, yarışdan sonra Rusiyanın “Sport-ekpress” qəzetinin suallarını cavablandırıb.

- Medal qazanacağıma 99 faiz əmin idim. Amma qızıl qazanmaq... Bu, əlbəttə, xoşbəxtlikdi. Demək olar ki, mən karyeramda ən böyük uğurlardan birinə nail oldum. İndi növbəti hədəfim Olimpiya Oyunlarının medalıdır.
 
- Siz bilirsiniz ki, van Nikkeri sona bir neçə metr qalmış keçdiniz?

- Hiss edirdim ki, hamı bərabər qaçır. Bildim ki, medal olacaq. Amma tabloya baxıb öz adımı orada görəndə... Bu, fərqli bir şey idi.

- Azərbaycan bayrağını götürməyi əvvəlcədən planlaşdırmışdınız?

- Hə. İki bayraqla dövrə vurmaq mənim arzum idi.

- Useyn Boltdan sonra özünü çempion kimi görmək neçə hisdir?

- Çox xoşbəxtəm.

- 100 metrlik məsafəyə qaçışdan imtina etməyinizə görə peşman deyilsiniz? Siz bu nəticə ilə Useyn Boltla medal uğrunda yarışa bilərsiniz.

- Yox, peşman deyiləm. Hər halda 100 metr məsafəyə qaçışda mənim şansı azdır. Orada medal qazanmaq üçün hər mövsüm 9.90 – 9.85-lik nəticən olmalıdır.

- Siz virus yayılan oteldə qalmırdınız?

- Yox, mən başqa oteldəydim. Amma hər halda xəstələnməkdən qorxurdum. Bəlkə də, bu karyeramda yeganə medal qazanmaq şansım idi. Bu şansı əldən vermək dəhşətli olardı.

- Finişdən sonra siz stadionun diktoruna rus dilində “Spasibo” dediniz.

- Doğrudan? Ola bilər. Yadımda deyil artıq. Bu, artıq emosiyadır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı