"Səbail" ev oyunlarını "Dalğa Arena"da keçirəcək

"Səbail" ev oyunlarını "Dalğa Arena"da keçirəcək
ÖLKƏ FUTBOLU 11 Avqust 2017 / 12:10 2053
-  A +

"Kəpəz" və "Səbail" Topaz Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrədəki ev oyunlarını başqa stadionlarda keçirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə  Klublar Komitəsinin sədri Kamran Quliyev məlumat verib. Onun sözlərinə görə, hər iki klubun ev oyunlarını keçirdiyi stadionlar hazırda təmirdə olduğu üçün alternativ variant seçiləcək. K.Quliyev bildirib ki, sözügedən klublar rəqiblərini harada qəbul edəcəklərinə özləri qərar verəcəklər.

Artıq "Səbail" klubu ev oyunlarını harada keçirəcəyi ilə bağlı seçimini edib. Debütant rəqiblərini Mərdəkanda yerləşən "Dalğa Arena"da qəbul edəcək.

Qeyd edək ki, "Səbail" ev oyunlarını "Bayıl Arena"da, "Kəpəz" isə Gəncə şəhər stadionunda keçirir.

Daha çox


Son xəbərlər