Kapitan “Qəbələ” ilə oyunu buraxacaq – “İnter”də növbəti itki

Kapitan “Qəbələ” ilə oyunu buraxacaq –  “İnter”də növbəti itki
GÜNDƏM 10 Avqust 2017 / 15:58 2492
-  A +

Topaz Premyer Liqanın ilk turunda “Qəbələ” ilə qarşılaşacaq “İnter”in daha bir futbolçusu zədə səbəbindən oyunu buraxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın kapitanı Nizami Hacıyev zədələnib.

“Zirə” ilə yoxlama matçında əzələsi dartılan yarımmüdafiəçi avqustun 12-də “İnter Arena”da keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, paytaxt klubunun daha bir aparıcı futbolçusu – Fuad Bayramov da zədə səbəbindən “Qəbələ”yə qarşı oynamayacq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın