Millimizin yeni reytinqi - FİFA açıqladı

Millimizin yeni reytinqi - FİFA açıqladı
ÖLKƏ FUTBOLU 10 Avqust 2017 / 12:03 8610
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib. Ötən ay oyun keçirməyən Robert Prosineçkinin komandası 427 xalla 79-cu pillədə qərarlaşıb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1549 xalla 2-ci (-1),  Şimali İrlandiya 897  xalla 23-cü (-1),  Çexiya 714 xalla 40-cı (0), Norveç 391 xalla 85-ci (+3), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk pilləsində 1604 xalla Braziliya , üçüncü pilləsində 1399 xalla Argentina qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı