Nazim Süleymanov bəxtdən gileyləndi

XƏBƏR 29 Mart 2010 / 04:13 1547
-  A +

“Yaxşı oyun keçdi. Müdafiə xəttimiz və qapıçımız çox yaxşı oynadı. Lakin hücumda bəzi çatışmazlıqlarımız var, ona görə də bir sıra qol imkanlarından yararlana bilmədik. Bu oyunda cəzalı 3 oyunçumuz oynaya bilmədi. Yunis Hüseynovu bu cür gözəl komanda yaratdığına görə təbrik edirəm. Deyərdim ki, bugünkü qarşılaşmada bəzi epizodlarda həm "Karvan"ın, həm də bizim bəxtimiz gətirmədi". Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Premyer Liqanın XXV turu çərçivəsində keçirilən “Olimpik-Şüvəlan” – “Karvan” matçının oyunsonrası mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Nazim Süleymanov deyib.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” – “Karvan” matçı 0:0 hesabı ilə nəticələnib.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın