Yunis Hüseynov komandasından razı qaldı

XƏBƏR 29 Mart 2010 / 04:11 1581
-  A +

"Oyundan razı qaldım. Aşağı sıralardan irəliləmək üçün bizə bu oyunda qələbə lazım idi. Təəssüf ki, qalib gələ bilmədik. Yaratdığımız hədindən artıq qol imkanlarından istifadə edə bilmədik. Lakin bütün bunlara baxmayaraq, komandamdan razı qaldım, çünki çox gözəl oyun göstərdilər". Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Premyer Liqanın XXV turu çərçivəsində keçirilən “Olimpik-Şüvəlan” – “Karvan” matçının oyunsonrası mətbuat konfransında Yevlax təmsilçisinin baş məşqçisi Yunis Hüseynov deyib.

Qeyd edək ki, "Olimpik-Şüvəlan" - "Karvan" matçı 0:0 hesabı ilə nəticələnib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı