"Dahi deyiləm" - Zidan

"Dahi deyiləm" - Zidan
DÜNYA FUTBOLU 8 Avqust 2017 / 12:25 4675
-  A +

"Yeni mövsümün ilk rəsmi oyununa çıxacağıq. Hər zaman olduğu kimi öz oyunumuzu nümayiş etdirəcəyik. "Mançester Yunayted"i yaxşı tanıyırıq. Qələbə qazanmaq üçün burdayıq. Bizi başqa heç nə maraqlandırmır".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan UEFA Superkubokunun finalında "Mançester Yunayted"lə oyun öncəsi deyib.

"Mourinyo "Real"da yaxşı işlər görüb. Mən də bunu etməyə çalışıram. Çempionlar Liqasının kubokunu dalbadal 2 dəfə qazanmağımız dahi olmağım anlamına gəlməməlidir" - deyə o bildirib.

Zidan “Real”ı dünyanın ən böyük klubu adlandırıb: “Bütün komandalar “Real”ı udmaq istəyir. Çünki dünyanın ən böyük klubuyuq. İşimizin hər il daha da çətinləşdiyini bilirik. Ancaq bununla mübarizə aparacaq gücdəyik”.

Fransalı mütəxəssis futbolçuları Qaret Beyl və Kriştiano Ronaldonun sözügedən qarşılaşmada oynaya biləcəyini də vurğulayıb.

Qeyd edək ki, "Real" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord