Melonun yeni klubu

Melonun yeni klubu
DÜNYA FUTBOLU 8 Avqust 2017 / 11:26 4899
-  A +

"Qalatasaray"ın sabiq futbolçusu Felipe Melonun yeni klubu müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 34 yaşlı braziliyalı yarımmüdafiəçi ölkəsinin "Nasional" klubuna transfer olunub.

Qeyd edək ki, F.Melo ötən mövsüm "Palmeyras"da oynayıb. O, iyulda Braziliya klubu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

Xatırladaq ki, F.Melo aprel ayında "Penarol"la oyun rəqibinə yumruq vurduğu üçün 6 oyunluq cəzalandırılmışdı. Bundan sonra o, əsas heyətdən kənarlaşdırılmışdı.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq