Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qəbələ" Antalyada bir gündə iki məşqə çıxdı - Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Neymara görə fantastik təklif – Ronaldo + pul
"Qarabağ" afrikalı hücumçu alır?
Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
"Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
Linklər
525ci Qəzet

“O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
A A A

[07.08.2017]
“O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna  yüksələn “Qarabağ”ın bu mərhələdə qarşılaşacağı “Kopenhagen” (Danimarka) Ağdam klubu üçün tanış rəqibdir. 1998 /1999  mövsümündə o vaxt UEFA-nın Kuboklar kuboku adlanan turnirinin ilk təsnifat mərhələsində bu komandalar üz-üzə gəlmişdi.  “Qarabağ” səfərdə 0:6, Bakıda isə 0:4 hesablı məğlubiyyətlə üzləşmişdi. Bu, “Qarabağ”ın indiyədək avrokuboklarda ən ağır məğlubiyyətidir.


Təbii ki, həmin dövrdə Azərbaycan futbolu ilə Danimarka futbolu heç cür müqayisəyə gəlmirdi. Klublarımızın hansı çətinliklərinin olduğu bəllidir. “Qarabağ”da isə vəziyyət daha ağır idi. “Qaçqın komanda”nın hansı əziyyətlərlə çempionatda çıxış etməsi çoxlarına məlumdur.
Çətinliklərə baxmayaraq, “Qarabağ” 1997/1998 mövsümündə avrokuboklara vəsiqə qazandı. Mövsümü 4-cü pillədə başa vuran “atlılar” kubokun finalına qədər irəliləmişdi. Həlledici oyunda çempionluğunu elan etmiş “Kəpəz”ə uduzan (0:2) komanda Kuboklar kubokuna vəsiqəni təmin etdi.

Bundan sonra nələr baş verdiyini bilmək üçün  komandanın o dövrkü baş məşqçisi Ağasəlim Mircavadova müraciət etdik. “Qarabağ”a ilk çempionluğu qazandıran təcrübəli mütəxəssis ağır məğlubiyyətlərin səbəbini həmin vaxt Azərbaycan futbolunda şəraitin olmaması ilə əlaqələndirdi. 

- O vaxt “Qarabağ”ın vəziyyəti ağır idi. Sumqayıtda qaçqınlar məskunlaşan binadan qalırdıq. “İnşaatçılar”ın stadionunda məşq edirdik. Meydança yaxşı vəziyyətdə deyildi, ancaq yenə stadionun direktoru sağolsun ki, bizə imkan yaratmışdı. Ağdamlı idi. Təlim-məşq toplanışından söhbət gedə bilməzdi. Vəziyyət çox gərgin idi. Buna rəğmən futbolçular həvəsdən düşmürdülər. Hamısı yaxşı uşaqlar idi. Təbii ki, futbol oynamaq üçün bunlar bəs etmir. Futbolçunun gücü olmalıdır. Bunun üçün isə yaxşı təlim-məşq toplanışları keçməlisən.

Püşkatmada da bəxtimiz gətirmədi. İlk mərhələdəcə ən güclü komandalardan biri ilə düşdük. O vaxt elə imkan yox idi ki, çarter reysi ilə səfərə gedək. Səhv etmirəmsə, İstanbula, oradan da Kopenhagenə getdik. Oyuna bir gün qalmış səfərə çıxdıq. Axşam Kopenhagenə çatdıq və səhəri gün oyuna çıxdıq. Qarşılaşmanın keçirildiyi arena Danimarkanın ən böyük stadionudur. Milli komanda da orada oynayırdı.

Bizdə “Kopenhagen” haqda heç bir məlumat yox idi. O vaxt rəqib haqda bilgi toplamaq çətin məsələ idi. Buna baxmayaraq, oyuna yaxşı başladıq. Qol epizodlarımız da oldu. Ancaq cəmi 2-3 dənə. Rəqibin 5-6 legioner futbolçusu var idi. Hamısı da hündürboy. Qollardan ya ikisini, ya da üçünü başla vurdular. Ümumiyyətlə, qolların çoxunu standart vəziyyətlərdən buraxdıq. Bizim gücümüz tez tükəndi. Oyunun 35-ci dəqiqəsində gördüm ki, futbolçularım hamısı yorulub. Çünki rəqib fiziki cəhətdən çox güclü idi. Əsasən uzun ötürmələrlə oynayırdılar, güc futboluna üstünlük verirdilər. Komandamız isə bu cür oyunlara hazır deyildi. Bununla belə, uşaqlar istəkli idilər. İndiki şərait o vaxt olsaydı, rəqiblə başabaş mübarizə aparardıq. Təsəvvür edin ki, “Kopenhagen”lə matça ikitərəfli oyunla hazırlaşırdıq. İndi komandalar müxtəlif ölkələrdə hazırlıq keçirlər, yaxşı rəqiblərlə güclərini sınayırlar. Hələ qidalanmadan danışmıram. Biz isə məşqdən sonra gəlirdik “20 yanvar”a uşaqlar pullarını yığıb nəsə alıb yeyirdilər. Çox vaxt peraşki alırdılar. Ancaq uşaqlar dözürdülər. Ağdamlılar sağolsunlar, bizə çox kömək edirdilər. Əslində onlar da çətin vəziyyətdə idilər. Qaçqınlıq dövrü idi. Hər kəs öz ailəsini güclə saxlayırd. Ancaq komandaya çox hörmət edirdilər. 


Ağasəlim Mircavadov




1998-ci il

13 avqust

Kuboklar kuboku

1-ci təsnifat mərhələsi

İlk oyun


“Kopenhagen” (Danimarka) – “Qarabağ” - 6:0
Qollar:
Martin Nilsen, 2, Tomas Torninqer 6,  Peter Nilsen 13,  Byarne Qoldbek 20,  Morten Falx 26,  Peter Nilsen, 40
Kopenhagen. “Telia Parken” stadionu.1000 tamaşaçı

“Qarabağ”: Cəmaləddin Əliyev, Elşad Əhmədov, Vadar Nuriyev, Zaur Qasımov, Rüfət Quliyev, (Mais Əzimov, 61), Mirbağır İsayev (Səttar Əliyev, 81), Təbriz Həsənov, Müşfiq Hüseynov (k), Bəxtiyar Musayev, Rinat Abdaşov, Emil Paşayev

27 avqust

Kuboklar kuboku

1-ci təsnifat mərhələsi

cavab oyunu

“Qarabağ” - “Kopenhagen” (Danimarka) - 0:4
Qollar:
Niklas Yensen 64, Peter Yensen 70, David Nilsen 75, 84.
Qrımızı vərəqə: Mais Əzimov, 8 (“Qarabağ”)

“Qarabağ”: Cəmaləddin Əliyev, Səttar Əiyev, Elşad Əhmədov,  Zaur Qarayev, Emil Paşayev, Rüfət Quliyev, Vəli Hüseynov, Mirbağır İsayev (Kənan Mahmudov, 80), Mais Əzimov, Təbriz Həsənov, Müşfiq Hüseynov (k) (Yalçın Bağırov, 76)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 3000 tamaşaçı

A.Mircavadov futbolçu kasadlığına görə cavab matçında da eyni heyətlə çıxış etdiklərini deyir:
“İkinci oyuna da Sumqayıtda hazırlaşdıq. Düzdür, artıq rəqibi tanıyırdıq, necə lazımdırsa analiz etmişdik, ancaq futbolçunun gücü olmayandan sonra bunlar fayda vermir. Gündə bir dəfə məşq edirdik. İki dəfə etmək üçün şərait yox idi. 

Cavab matçında uşaqlara əsas tapşırığım o oldu ki, udazmayaq. Gücü olmayan bir komanda başqa nə edə bilərdi? Avqust ayı olmasına baxmayaraq, oyun saat 18:00-a salınmışdı. “Tofiq Bəhramov”un işıqlandırma sistemindən istifadə etmək üçün pul lazım idi.  O cür istidə oynama da bir tərəfdən çətinlik yaradırdı. Heyətdə elə də dəyişiklik etmədim. Çünki cəmi 16-17 futbolçumuz var idi.

“O dövrü yadıma salanda halım çox pis olur”

Mircavadov sonda indiki “Qarabağ”ın “Kopenhagen”lə müabzirə aparmaq gücündə olduğunu bildirdi:  “O dövrü yadıma salanda halım çox pis olur. O şərait gözümün qabağına gəlir. Uşaqların hansı vəziyyətdə oynaması yadıma düşür. Həqiqətən dəhşətli dövr idi. İndi hər şey var. Klub baza, stadion, yəni hər cür infrastruktura malikdir. Təkcə qalır oynamaq. “Qarabağ” da futbol oynamağı bacarır. Komandamızın layiqli çıxış edəcəyinə inanıram. Mən düşürəm ki, “Tofiq Bəhramov” “Kopenhagen”lə oyun üçün balaca olacaq. Çünki azarkeşlər çox gələcək”.




19 il əvvəlki oyunlarla bağlı 20 illik futboolçu karyerasında “Qarabağ”da çıxış etmiş və uzun illər Ağdam klubunun kapitanı olmuş Səttar Əliyevlə da danışdıq. Baş məqşçisi kimi əsasən o dövrün çətinliklərindən bəhs edən veteran yarımmüdafiəçi söhbətinə “Kopenhagen”lə “Qarabağ”ı əvvəlki illərlə müqayisə etməklə başladı:

“O vaxtkı “Kopenhagen” hara, indiki hara. Onda bundan qat-qat güclü idilər. “Qarabağ” haqda isə bunun əksini demək olar. Komandamız təcrübəsiz idi, çətinliklər komandanı sıxırdı. Onda “Qarabağ”ın futbolçuları 250 manat maaş alırdı. İndi 20-30 min alırlar. Sırf yerli futbolçular oynayırdı. İndi legionerlər çoxdur. Yəni ilk növbədə komandalar arasında fərqi diqqətə çatdırmaq istəyirəm. Çoxları “Kopenhagen”in adını eşidən kimi, o dövrdəki oyunu yada salır. Bu faktları ona görə sadaladım ki, “Qarabağ”ı sevənlər narahat olmasınlar.

O vaxt “Kopenhagen”in heyətində adlı-sanlı futbolçular çıxış edirdi. Bir neçəsi Danimarka millisinin üzvü idi. Bəxtsizlikdən oyuna az qalmış güclü leysan başladı. Meydança sürüşkən oldu. Bütün bunlar bəhanə deyil. Böyük hesabla uduzmağımızın əsas səbəbi Azərbaycan və Danimarka futbolunun arasında böyük səviyyə fərqinin olması idi. Artıq 26-cı dəqiqədə hesab 5:0 idi. Bu da onların ustalıq səviyyəsindən xəbər verir. Bizim avrokubok təcrübəmiz yox idi. Normal təlim-məşq toplanışı da keçmirdik. Ən yaxşı halda Buzovnada hazırlaşırdıq. Yoxlama oyununda bir Azərbaycan klubuna qalib gələn kimi düşünürdük ki, əla formadayıq. Amma fikirləşmirdik ki, bizim qarşımıza Danimarka millisinin üzvləri çıxacaq. “Kopenhagen” Avropanın səviyyəli komandalarından biri idi. Legionerlərimizin olmamağı da o dövrdə uğursuz nəticələr qazanmağımızın səbəblərindəndir. İndi klublarımız niyə avrokuboklarda mərhələlər keçir? Çünki səviyyəli legionerlər alırlar. Bizim vaxtımızda Bakıdan Ağdama futbolçu gələndə bunu böyük bir hadisə kimi qiymətləndirirdik.


Səttar Əliyev

“Qarabağ” “Kopenhagen”dən bizim qisasımızı almalıdır”


Adi vəziyyətlərdə də rəqib bizi üstələyərdi. Adicə divar ötürməsi edəndə gecikirdik. Bunların hamısı onların daha hazırlıqlı olmasından irəli gəlirdi.

Cavab matçına çıxanda da qələbəyə inamımız yox idi. Biz həmin vaxt “Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik. Gərək reallığı qəbul edəsən. Bakıdakı görüşün 8-ci dəqiqəsində Mais Əzimov qırmızı vərəqə aldı. İşimiz bir qədər də ağırlaşdı.

Səttar Əliyev artıq “Kopenhagen”dən qisas almağın vaxtı yetişdiyini də “Qarabağ” futbolçularına xatırlatdı: “Samtredia” ilə oyunlardan əvvəl elə sizinlə söhbətdə dedim ki, “Qarabağ” hər iki görüşdə qalib gələcək. Çünki “Qarabağ” artıq “Samtredia” səviyyəsindən yuxarıdadır. “Kopenhagen”lə “Qarabağ”ı isə bərabərsəviyyəli komanda hesab edirəm. Ona görə şansları da bərabərdir. Ancaq komandamız köhnə “Qarabağ”lıların qisasını almalıdır. Standart vəziyyətlərdə onlar bizi üstələyə bilər. Qurban Qurbanov yəqin ki, matça qədər “Kopenhagen”in 10 dənə oyunuu analiz edəcək.
“Qarabağ”ı dəstəkləmək lazımdır. Bu adı qorumaq vacibdir. Bütün dünya bilməlidir ki, Qarabağ adı yaşayır.

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir





4983 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
 
 
  16.01.18
20:05
  "Qarabağ" "Kuban"la oyuna hazırdır
19:33
  “Traktor Sazi" Mustafa Dənizli ilə razılığa gəldi
19:03
  Rəşad Sadıqov qələbə ilə başladı
18:24
  "Kəpəz"dən daha 2 transfer
18:03
  Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb
17:51
  "Qarabağ"ın dünya reytinqi - TOP-100-də
17:34
  "Neftçi"də növbəti ayrılıq - rəsmi
17:15
  La Liqada dekabrın ən yaxşı futbolçusu kim olacaq?
16:52
  "Qəbələ" - "Sürix" oyununun başlama saatı açıqlandı
16:37
  Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq
16:11
  Millimiz 6 qolla qalib gəldi
15:46
  “Yeni Pele daha dünyaya gəlməyəcək"
15:15
  "Pepə başa saldılar ki, Messiyə toxunmaq olmaz"
14:56
  Ukraynalı qapıçı rəsmən "Kəpəz"də
14:31
  PSJ-nin məşqində Neymar şousu - Video
14:15
  "Arsenal" Sançesi erməni futbolçuya dəyişir
14:02
  Günün canlı oyunları - Etopaz-da
13:43
  "Barselona" onu satmaqdan imtina etdi
13:20
  Rəşad Sadıqov səhər məşqdə, axşam oyunda - Şəkil
13:05
  Mbappe, Neymar, yoxsa Balotelli?
12:48
  "Qəbələ" braziliyalı futbolçudan imtina etdi
12:41
  Moldova millimizlə oyunun hazırlıqlarına başladı - Şəkillər
12:28
  Klublarımızın qış transferləri – Yenilənir
12:13
  "Zirə" - "Keşlə" oyununun başlama saatı açıqlandı
11:52
  Şehiç millinin düşərgəsinə gec qoşulacaq
11:40
  “Keşlə”dən növbəti rəsmi transfer
11:15
  "Sumqayıt"dan üç qol - Video
10:59
  Ronaldo "Real"ın ən yaxşı oyunçusu seçildi
10:30
  UEFA Superkuboku üçün 9 namizəd
10:04
  "Azərbaycana qiymət vermək çətindir" - Moldova millisinin üzvü
09:45
  "Mançester Yunayted"dən qələbə - Video
01:15
  Erməni məşqçiyə ömürlük cəza
00:32
  "Beşiktaş" ukraynalı qapıçısını icarəyə verdi
00:10
  Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
  15.01.18
23:00
  "Benfika"nın futbolçusu "İnter"də
22:44
  "Qəbələ"nin Antalyada 11-ci günü
22:00
  Millimizin hücumçusu rəsmən "Gənclərbirliyi"ndə
21:35
  "Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
20:49
  "Xəzər" Almaniya klubu ilə qarşılaşacaq
20:16
  Mussa Sou rəsmən Türkiyə klubunda
19:20
  "Sumqayıt" "Qaradağ Lökbatan"a qalib gəldi
18:40
  Dəniz Yılmaz "Bursaspor"dan getdi - rəsmi
18:37
  Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
18:30
  Dembele yenə zədələndi
18:14
  Futbolçunu vuran hakimə sərt cəza
17:54
  "Borussiya"dan rəsmi transfer
17:25
  Nağarada ifa edir Vüqar Nadirov - Video
17:10
  Aqolli komandadan ayrı məşq etdi
16:49
  Premyer Liqa klubunda yeni baş məşqçi
16:14
  Ozobiçin "Qəbələ"də ən vacib 3 qolu - Video
15:56
  "Neftçi"dən ayrılmaq çox çətin idi" - Uqo Barqas
15:23
  "Qarabağ"ın ilk oyununun vaxtı bilindi
15:12
  "İki oyunçumuzu və baş məşqçimizi Bakıya göndərə bilərik" - Fikrət Orman
14:54
  Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
14:41
  Günün canlı oyunları - Etopaz-da
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore