"Daha çox oynayacağıma ümid edirəm" - Renat Dadaşov

"Daha çox oynayacağıma ümid edirəm" - Renat Dadaşov
GÜNDƏM 7 Avqust 2017 / 12:46 3775
-  A +

"Mənim üçün çox xoş oldu. Qol vurmaq üçün iki şansım vardı.  Artıq yeni mövsümə köklənmək vaxtı çatıb. Bizim üçün bütün oyunlar böyük əhəmiyyət kəsb edir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Ayntraxt"ın futbolçusu Renat Dadaşov "Frankfurt"a 5:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

Sözügedən qarşılaşmada komandasının üçüncü qolunu vuran millimizin oyunçusu azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür edib: "Yeni mövsümdə daha çox oyun keçirəcəyimə ümid edirəm. Əsas məqsədim inkişaf etməkdir”.
 
Qeyd edək ki, Renat Dadaşov yay fasiləsində "Ayntraxt"ın əsas komandasına cəlb olunub. Onunla 3 illik müqavilə imzalanıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı