Superkuboku "Bavariya" qazandı

Superkuboku "Bavariya" qazandı
DÜNYA FUTBOLU 6 Avqust 2017 / 01:25 4751
-  A +

Bu gün Almaniya superkubokunun qalib bəlli olub.

Qol.az-ın məlumatına görə, ölkə çempionu “Bavariya” kubokun sahibi “Borussiya” (Dortmund) ilə qarşılaşıb.

Əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatan görüş penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan Münhen klubu superkubokun sahibi olub.


5 avqust

Almaniya superkuboku


“Borussiya” (Dortmund) – “Bavariya” – 2:2 (penaltilər seriyasında – 4:5)
Qollar:
Pulisiç, 12 (1:0), Levandovski, 18 (1:1), Obameyanq, 71, (2:1), Burki, 88-avtoqol (2:2)

Son xəbərlər