Şarliya: "Meydanda canımızı qoyacağıq"

Şarliya: "Meydanda canımızı qoyacağıq"
XƏBƏR 28 Mart 2010 / 03:06 1784
-  A +

“Bakı” klubunun qapıçısı Marko Şarliya bu gün Premyer Liqanın XXV turu çərçivəsində öz meydanlarında “Qəbələ” ilə keçirəcəkləri matça hazırdır. Bu barədə futbolçu klubun rəsmi saytına açıqlamasında bildirib: “Bugünkü görüşdə bütün komanda yoldaşlarımın meydanda can qoyacaqlarından əminəm. Futbol bizim işimizdir. Məşqlərə çox ciddi yanaşırıq, hazırlıq prosesində bütün gücümüzlə çalışırıq. “Qəbələ” ilə matçın çətin keçəcəyi şübhə doğurmur. Yeganə məqsədimiz qələbə qazanmaqdır. Meydanda canımızı qoyacağıq. Düzdür, heç kim əvvəldən deyə bilməz ki, yüz faiz qələbə qazanacağıq. Amma hamımızın məqsədi məhz uğurlu çıxış edib, istədiyimiz nəticəni qazanmaqdır”.

Qeyd edək ki, "Bakı" - "Qəbələ" qarşılaşması bu gün saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Son xəbərlər