"Bakı" klubu "Parma" ilə əməkdaşlığa başlayır

"Bakı" klubu "Parma" ilə əməkdaşlığa başlayır
XƏBƏR 28 Mart 2010 / 01:56 1839
-  A +

“Bakı” klubunun vitse-prezidenti Tunc Avşar bu günlərdə İtaliyada işgüzar səfərdə olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Avşar  səfərin məqsədi və İtaliyada keçirdiyi görüşlər barədə bunları deyib: “Səfərimin iki məqsədi var idi. Öncə “Errea” şirkətinin “Bakı” futbol klubu üçün 2010-cı il dizaynlı formaları ilə tanış oldum. Həmin dizaynları klubumuzun prezidenti Hafiz Məmmədova təqdim edəcəyəm. Eyni zamanda “Errea” şirkəti Azərbaycan milli komandası üçün də müxtəlif  dizaynlar hazırlayıb. Onları da AFFA-nın baş katibi Elxan Məmmədova təqdim etdik. “Bakı” futbol klubunun əməkdaşlıq etdiyi “Errea” şirkəti idman formaları və ləvazimatlarla təmin etdiyi klublar arasında futbol turniri keçirmək qərarına gəlib. “Errea”nın xidmətindən İtaliya “A” seriyası klublarından “Parma”, “Atalanta”, “Bari”, İngiltərə və Rusiya Premyer Liqa təmsilçilərindən müvafiq olaraq “Barnsli” və “Sibir” kimi tanınmış klublar istifadə edir. İtaliyada olduğum zaman bu turnir barədə də müzakirələr aparıldı. “Bakı” futbol klubunun tanınmış klublarla birgə beynəlxalq yarışda qüvvəsini sınaması bizim üçün çox yaxşı olardı”.
Vitse-prezident eyni zamanda “Bakı” futbol klubunun tezliklə “Parma” ilə əməkdaşlığa başlayacağını söylədi: “Səfərim zamanı, həmçinin, “Parma” klubunun baş katibi Mr.Alessio Paini ilə görüşdüm. Görüş zamanı iki klub arasında qarşılıqlı faydalı əməkdaşlığın başlanması barədə razılıq əldə olundu. “Bakı” futbol klubunun gənc futbolçuları “Parma”nın düşərgəsində hazırlıq keçəcəklər”.


Son xəbərlər